Siyasət

  • 4 302

YAP Nəsimi rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib

image

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun səhiyyə işçiləri ilə növbəti görüş keçirilib. YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, ölkəmizdə bütün sahələrdə, o cümlədən, səhiyyə sahəsində islahatlar davamlı şəkildə həyata keçirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rayon təşkilatının sədri, mütərəqqi siyasətin nəticəsi kimi, ölkəmizin səhiyyə sahəsində çalışanların da partiyanın sıralarında çoxluq təşkil etdiyini vurğulayıb.

M.İbrahimqızı tədbirin sonunda Yeni Azərbaycan Partiyası tərəfindən Nəsimi rayon bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə tədbir iştirakçılarını tanış etdikdən sonra səhiyyə işçilərini qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağa və YAP tərəfindən irəli sürülmüş namizədlərə səs verməyə çağırıb. Tədbirdə rayon seçiciləri çıxış edərək qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası tərəqqi və inkişafdan bəhrələnərək sıralarını sağlam düşüncəli, aydın fikirli vətəndaşlarla artıraraq, daha da qüdrətlənir. Sevindirici hal isə ondan ibarətdir ki, eyni əqidəli insanlar, məhz ölkəmizdə lider partiya olan Yeni Azərbaycan Partiyasının və təbii ki, bu partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər. Zaman özü sübut etdi ki, YAP xalqın Ona olan ümidlərini doğruldub və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edib. Məhz bu prinsipləri əldə rəhbər tutan seçicilər də, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində öz səslərini yenidən sabitliyə, tərəqqiyə, inkişafa və sosial rifaha səs verəcəklərini bildiriblər.
Tədbirdə gənclərə bir sıra təbliğat materialları paylanılıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər