Siyasət

  • 4 254

YAP Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu ilin 23 dekabr tarixində ölkəmizdə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanda seçki tarixindən, seçki sisteminin formalaşdırılmasından danışıb. Hər bir vətəndaşın səsvermə hüququndan istifadə etməsinin vacibliyini bildirib. Seçiciləri qarşıdan gələn Bələdiyyə seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb. R.Göyüşovun sözlərinə görə, ölkəmiz demokratik- hüquqi dövlət olaraq vətəndaşların inkişafı, azadlığı, öz iradəsinin təminatı istiqamətində daim islahatlar həyata keçirir. Seçmək- seçilmək hüququ da vətəndaşlarımıza verilən və konstitutsiya ilə müəyyən olunan müstəsna hüquqlardan biridir. Bu baxımdan, vətəndaşlarımız öz gələcək taleyinə biganə qalmamalı, seçkilərə qatılaraq, öz namizədini dəstəkləməlidirlər.
Görüşdə millət vəkili Kamaləddin Qafarov çıxışında ölkəmizdə bələdiyyələrin təsis olunması tarixindən, bu sahədə qanunvericiliyin formalaşdırılmasından danışıb. Bildirib ki, bələdiyyələr dövlətin və xalqın həyatında önəmli yer tutan bir qurumdur. Bu yüksək məsuliyyəti öz üzərinə götürən bələdiyyə üzvləri daim vətəndaşlarla ünsiyyətini sıxlaşdırmalı və onların rifahının yaxşılaşmasına çalışmalıdırlar. O, qarşıdan gələn seçkilərdə partiya tərəfindən irəli sürülən bütün namizədlərə uğurlar arzulayıb.
Görüşdə seçicilər qarşısında çıxış edən YAP tərəfindən Rəsulzadə Bələdiyyəsi üzrə namizədliyi irəli sürülmüş Hümbət Hüseynov, Leyli Tahirova, Nurlan Hacıyev, Nəzirə Rzazadə, Çinarə Ağayeva, Binəqədi qəsəbə Bələdiyyəsi üzrə namizədliyi irəli sürülmüş Niyaz Niftiyev, Rəşad İsayev, Afiq Qasımov bələdiyyənin inkişafı, seçicilərin maraqları naminə səylə çalışacaqlarını və onlara göstərilən etimadı doğruladacaqlarını söyləyiblər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər