Siyasət

  • 4 271

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Qocalı, Beyi, Pirəköcə, Xəlsə kəndlərində görüş keçirmişdir

image

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Qocalı, Beyi, Pirəköcə, Xəlsə kəndlərində görüş keçirmişdir.

Görüşlərdə YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli, rayon Gənclər Birliyinin sədri Rauf Abuşov, rayon təbliğat qrupunun üzvləri Kənan Qasımov, Samir Nuriyev, Mais Bayramov, Yaqut Əşrəfova iştirak ediblər.
Təbliğat-təşviqat görüşlərində YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli açaraq, rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib. Ağali Kərimli bilidirb ki, ölkəmizdə alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi təbliğat-təşviqat kampaniyasında yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunur. Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində ölkəmiz son illərdə yeni uğurlar qazanmışdır.Cəmiyyətimizdə gənclərin rolu artmaqdadır Azərbaycan gənci bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur, dövlətimiz və partiyamız bacarıqlı, istedadlı gənclərin uğurla irəli getmələri üçün geniş meydan açıb, zəruri tədbirlər həyata keçirir.
Yeni Azərbaycan Partiyasının əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də qalib gəlmək əzmində olduğunu vurğulayan Ağali Kərimli partiyanın bələdiyyələrin işinin yüksəldilməsi üçün səmərəli tədbirlər həyata keçirdiyini qeyd edib. Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür. İnanıırıq ki, 23 dekabr bələdiyyə seçkiləri günü gənclərimiz partiyanın etimadını nümunəvi xidmətləri ilə doğruldacaqlar.
Görüşdə çıxış edən seçicilərdən Rauf Abuşov, Samir Nuriyev, Xəyyam Məlikov, Mirəli Şıxəliyev və digərləri Prezident İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss etdiklərini əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklərini və xalqımızın rifahı, ölkəmizin inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər