Sosial

  • 2 760

Yasamal rayonunda mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında hesabat açıqlanıb

image


Yasamal rayon statistika şöbəsindən verilən məlumata əsasən, 2016-cı ildə Yasamal rayonu ərazisində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 2015-ci illə müqayisədə 8,6 faiz artaraq, 901 vahid, birdəfəlik tutum isə 13,9 faiz artaraq, 1285 yer olmuşdur: "Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 2015-ci illə müqayisədə 15,5 faiz artaraq, 56,3 min nəfər olmuşdur. Yerləşdirilmiş şəxslərin 14 faizini Azərbaycan, 86 faizini isə xarisi ölkə vətəndaşları təşkil etmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş turistlərin 90,5 faizi turizm, 9,5 faizi isə digər məqsədlərlə gəlmişlər. Mehmanxana və mehmanxana tipli müəssisələrin xidmətlərindən istifadə edənlərin 51 min nəfəri turistlər olmuşdur. Onların 18,5 min nəfəri istirahət və əylənsə, 29,7 min nəfəri işgüzar, 0,2 min nəfəri müalisə, 2,6 min nəfəri digər turizm məqsədilə səfər etmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin 6,5 faizi yollayışla gələn turistlər olmuşdur".
Hesabatda o da qeyd olunur ki, 2016-cı ildə rayonun mehmanxana və mehmanxana tipli müəssisələrində keçirilmiş gesələmələrin sayı 91,1 min adam-gecə olmuş, onun 13,3 mini (14,6 faizi) Azərbaycan vətəndaşları, 77,8 mini (85,4 faizi) xarisi ölkə vətəndaşları üzrə olmuşdur: "Hesabat dövründə rayonun mehmanxanalarında 48432 nəfər xarisi ölkə vətəndaşı gecələmişdir ki, onların 20,2 faizi Rusiya Federasiyasından, 14,9 faizi İrandan, 14,6 faizi Türkiyədən, 9,8 faizi Ukraynadan, 4,8 faizi Gürsüstandan, 3,2 faizi Almaniyadan, 3 faizi Birləşmiş Krallıqdan, 2,4 faizi ABŞ-dan, 1,8 faizi Fransadan, hər biri 1 faiz olmaqla Niderlanddan, Hindistandan, 0,9 faizi Qazaxistandan, hər biri 0,8 faiz olmaqla İtaliyadan, Belarusdan, qalan 20,8 faizi isə digər ölkələrdən gələnlər olmuşdur".

Qismət İsmayılov

Digər xəbərlər