Sosial

  • 7 602

SAĞLAM HƏYAT

image


"Uşaq və Tələbə-Gənclər Dünyası" İctimai Birliyi "Sağlam həyat tərzi. Xromosomlarda gen mutasiyasıları və aradan qaldırılma yolları" layihəsi çərçivəsində növbəti tədbir keçirib.Qeyd edək ki, təşkilat indiyə qədər bir sıra layihələri uğurla həyata keçirtmişdir. Keçən il Çıraqalada "Vətən biz səninləyik" düşərgəsində keçirilən layihə hamı tərəfindən bəyənilib, əla qiymət verilmişdi.

Tədbirdə qeyd olunmuşdur ki, xarici görünüşdən sağlam görünən insanlar bir sıra xəstəliklərin daşıyıcıları ola bilirlər: "Bunu gözlə görmək mümkün deyil, ancaq evləndikdən sonra qanda olan xəstəliklər nəsildə üzə çıxır. Bizim məqsədimiz bu layihədə gənclərimizi gələcəkdə onları nə qarşılayacağını öyrətməkdir. Orqanizmlərin genotipində baş verən dəyişkənliyə "mutasiya dəyişkənliyi", fenotipində baş verən dəyişkənlik "modifikasiya dəyişkənliyi" deyilir. Mutasiya hadisəsi ilk dəfə 1880-cı ildə holland alimi Quqo Friz, sonra isə Mendel və Morqanın qanunları bu mutasiyaları öyrənməyə kömək etmişdir. Gen mutasiyaları gözlə görünmür. Xromosomdaxili və xromosomarası dəyişilmələr sayəsində xromosom, miqdarının dəyişilməsiylə meydana "mutasiya dəyişkənliyi" çıxır".
Çıxışlarda o fikir vurğulanmışdır ki, xəstələrdə qan qrupunu bilmək və məsələnin tam həlli deyil. İnsanda antiteller və antigenlər olur. İlk dəfə rezus meymunu üzərində öyrənildiyinə görə, adını rezus qoymuşlar, RH+, RH-. İnsanların 85 faizində RH+ olur və qan köçürülmədə yoxlanılır. Əks-halda mənfi rezuslu insana müsbət rezus qan vurularsa antiteller əmələ gələr və laxtalanmadan insan ölər: "Hətta atanın qanı müsbət, ananın qanı mənfi olarsa, körpə müsbət rezuslu olacaq və ana öz körpəsinin qatili ola bilər. Ananın antitellaları ana bətnində körpəni yeyir və uşaq doğulmadan ölür. Insanda irsi xəstəliklərin bir qismi xromosomlarda baş verən dəyişiklik nəticəsində meydana çıxır. 21 cüt xromosoma bircə xromosom əlavə olunduqda, daun xəstəliyi olan uşaq meydana çıxır. 22-ci xromosomda birinin çatmaması ağ qan xəstəliyinə səbəb olur. 5-ci xromosomda sınma baş verərsə, uşağın alt çənəsi, qırtlağı düzgün inkişaf etmir və uşaq ağlayərkən, "pişik miyoltusunu" xatırladır".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə layihə çərçivəsində 54, 5, 247, 44 saylı məktəbdə tədbirlər keçirilmişdir. Tədbirlər bütün məktəblərdə uğurla və maraqla həyata keçmiş və uşaqları maraqlandıran suallar layihənin ekspertlər tərəfindən cavablandırılmışdır.

Digər xəbərlər