Sosial

  • 3 849

Gəncədə gənc təlimçilər formalaşdırılır

image

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Gənclər evlərində təlimçilər klubunun yaradılmasına və şəbəkələşməsinə dəstək” layihəsi çərçivəsində Gəncə şəhərində silsilə təlim proqramına başladı.Mərkəzdən SİA-ya verilən məlumata görə, Gəncə şəhərində başlayan proqramın əsas məqsədi regionlarda fəaliyyət göstərən gənclər evləri ilə yerli gənclər arasında əməkdaşlığın gücləndirilməsi, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunması, təlimçilik bacarıqlarının inkişaf etdirilməsi və gənc təlimçilərin şəbəkələşməsinə dəstək verməkdir.Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə tədbir iştirakçılarını salamlayaraq, layihə haqqında ətraflı məlumat verib. Aygün Həsənzadə bildirib ki, layihə çərçivəsində təlimçi olmaq istəyənlər üçün intensiv təlim proqramı, qeyri-formal təhsil metodologiyası, təlim və seminarların təşkili, debatların keçirilməsi kimi mövzularda seminarlar və praktik məşğələlər təşkil olunacaq.Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov bildirib ki, gənc nəslin yetişdirilməsi və onların hərtərəfli inkişafına şərait yaratmaq ölkənin gənclər siyasətinin ana xəttidir. Gəncədə gənclər üçün yaradılan imkanlardan danışan Kənan Məmmədov eyni zamanda hər bir gənc də öz töhfəsini ölkənin hərtərəfli, uğurlu inkişafına verməli olduğunu vurğulayıb.Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov layihənin işinə uğurlar arzulayaraq, bildirib ki, region gəncləri üçün qeyri-formal təhsil proqramlarının təşkilinin və bu işin mütəmadi davam etdirilməsi zəruridir. Müşfiq Cəfərov gənclərin ictimai fəallıq göstərmələri, düzgün işləmək bacarıqlarının olmaları, özlərini ifad edə bilmələri üçün bu layihənin əhəmiyyətli olacağını deyib."Gəncə Gənclər Evi"nin rəhbəri Amil Qurbanov bildirib ki, Gənclər evində təlimçilər klubunun əvvəlcədən təyin olunmuş vaxtlarda “Açıq qapı” günləri təşkil ediləcək. Amil Qurbanov gənclərin qeyri-fomal təhsil proqramları haqqında məlumatlanması üçün tövsiyyələr veriləcəyini diqqətə çatdırıb.Tədbirdə bildirilib ki, layihənin növbəti mərhələlərində təlim keçmiş gənclərin iştirakı ilə gənclər evlərində təlimçilər klubu qurulacaq və onlar üçün zəruri şərait yaradılacaq. Daha sonra yaradılmış təlimçilər otağı müəyyən olunmuş cədvələ uyğun olaraq, gənclər üçün müxtəlif mövzularda təlim xidmətlərini həyata keçirəcək.Daha sonra təlimçilərin hazırlanması üçün iştirakçılar qruplara bölünmüşdür. Təlimlər bir neçə gün davam edəcək.Qeyd edək ki, pilot layihənin Gəncə və Mingəçevir şəhərlərində, habelə Quba və Sabirabad rayonlarında yerləşən gənclər evlərini əhatə etməsi nəzərdə tutulub.

sia.az

Digər xəbərlər