Sosial

  • 3 712

Markus Eriksson: Bakı unikal trası olan maraqlı şəhərdir

image

Almaniyalı avtoyürüşçü, “Deutsche Tourenwagen Masters” seriyasının 2015-ci il çempionu, “Sauber”in pilotu Paskal Verlyayn iyunun 23-dən 25-dək Bakı şəhər trasında keçiriləcək Azərbaycan Qran-Prisindən öz gözləntiləri barədə danışıb.

“Sauber”in mətbuat xidməti onun bu sözlərini sitat gətirib: “Mən Bakıda sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm. Azərbaycan mərhələsi ötən il hamımız üçün çox maraqlı oldu. Axı Formula-1 Qran-Pri turniri orada ilk dəfə idi keçirilirdi. O vaxt maşını düzgün sazlamaq bir o qədər də asan deyildi. Bakıda müvəffəqiyyətin əsas amilləri trasın konfiqurasiyası nəzərə alınmaqla, yerindən güclü sürət götürmək və maksimum sürəti saxlamaqdır.
P.Verlyaynın tərəf müqabili, isveçli yürüşçü, 2009-cu ildə Yaponiyanın “Formula-3” çempionatının qalibi Markus Eriksson isə deyib: “Bakıya ikinci dəfədir gedirik. Ora yetərincə maraqlı yerdir. Uzun düz yolları və döngələrə keçidləri mükəmməl olan şəhər trası güclü maraq oyadır.
Ötən il asfaltın çox qızması şinlərin işinə təsir etdi. Düşünürəm ki, şərtlər bu dəfə də eyni olacaq.
Komandamızın məqsədi dəyişməyib. Biz maşını yaxşılaşdırmağa davam etməliyik”.

yap.org.az

Digər xəbərlər