Sosial

  • 5 046

"SAY: Solidarity” başa çatdı

image

Yayın ən böyük layihələrindən biri olan “SAY: Solidarity” layihəsi başa çatıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəylik” ili kimi qeyd olunur. Məhz bu səbəbdən “İRƏLİ” İctimai Birliyi bu dəfə gəncləri “həmrəylik” adı altında topladı. “SAY: Solidarity” (Gənclərin Həmrəylik Düşərgəsi) layihəsi Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərin və yaşıl “düşüncənin” formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq əsas məqsəd olaraq müəyyən edilib. Reallaşdırılan layihə çərçivəsində ümumilikdə 100-dən artıq gənc iştirak edib.Bağlanış mərasimi Balakən rayon Heydər Əliyev adına parkda baş tutub. “SAY:Solidarity” layihəsinin iştirakçıları Ulu öndərin abidəsi üzərinə gül dəstələri qoyub. Daha sonra layihə iştirakçıları Balakən Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış konsert proqramında layihə haqqında olan fikirlərini bölüşüb, başda “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov olmaqla təşkilati heyətə təşəkkürlərini bildirib.Çıxış edən “İrəli” İctimai Birliyin sədri MirHəsən Seyidov hər zaman dövlət siyasətini dəstəklədiklərini qeyd edib. Təşkilat olaraq hər il Gənclər paytaxtı seçilən regionda böyük layihələr həyata keçirərək gənclər arasında əlaqələrin genişlənməsindən və bunun gələcəkdə verəcəyi müsbət nəticələrdən danışıb.Balakən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Pacalov Balakən rayonun fəaliyyətindən danışıb, layihə iştirakçılarının Balakən rayonunda görməkdən şad olduqlarını bildirib.Qeyd edək ki, Support of Azerbaijan Youth (SAY): Gənclərin Həmrəylik Düşərgəsi layihəsi, “İRƏLİ” İctimai Birliyinin SAY hərəkatı adı altında reallaşdırdığı 5-ci layihə oldu. Bundan öncə “SAY: Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volfest” layihələri baş tutub. Adı çəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq idi.Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərsun Holdinq MMC-nin təşkilatidəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda baş tutub

sia.az

Digər xəbərlər