Sosial

  • 4 141

Naxçıvan Muxtar Respublikasında ixracın həcmi artıb

image

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən aparılan ticarət əməliyyatları nəticəsində 203822,2 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranıb.Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Naxcivantv.az-a bildirilib ki, xarici ticarət dövriyyəsinin 190657,8 min ABŞ dollarını, yaxud 93,5 faizini ixrac, 13164,4 min ABŞ dollarını, yaxud 6,5 faizini idxal təşkil edib. Bir il öncəyə nisbətən ixracın həcmi 1,3 faiz artıb, idxalın həcmi isə 30,2 faiz azalıb.

sia.az

Digər xəbərlər