Sosial

  • 10 903

İsmayıllıda sənaye üsulu ilə moruq yetişdirilir

image

İsmayıllı rayonunun Diyallı kəndində iş adamı Aqşin Ağayev tərəfindən 4,4 hektar ərazidə istixana təsərrüfatı yaradılır. Artıq ərazinin 1 hektarında 50 istixana qurulub və burada sənaye üsulu ilə moruğun 6 növü yetişdirilir.İstixanalarda istilik enerjisindən istifadə olunmur, sadəcə üzəri polietilen örtüklə örtülüb. Əkin materialı İngiltərədən, əkində istifadə olunan kokobit isə Hindistandan gətirilib.Hazırda bütün istixanalarda iş tamamlanıb. Belə ki, əkin aparılıb, suvarma sistemləri quraşdırılıb. İlk məhsulun oktyabr-noyabr aylarında əldə olunması gözlənilir. İstehsal edilən moruğun daxili bazarlarda satılması planlaşdırılır.İstixanalarda payızda böyürtkənin xüsusi növünün də əkilməsinə hazırlıq işləri aparılır.

sia.az

Digər xəbərlər