Sosial

  • 6 367

Qazaxda inşa olunan xəstəxana binasının tikintisi sürətlə davam edir

image

Qazax Rayon Mərkəzi Xəstəxanası üçün inşa olunan yeni binada tikinti işləri sürətlə davam edir. Müasir tələblərə cavab verəcək səhiyyə ocağının bütün korpuslarının beton işləri artıq başa çatmaq üzrədir. Beton işləri ilə yanaşı hörgü işləri də aparılır ki, bu da obyektin vaxtında istifadəyə verilməsinə imkan yaradacaq.Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildiriblər ki, 145 çarpayılıq səhiyyə ocağında cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək.
AZƏRTAC

Digər xəbərlər