Sosial

  • 6 423

Kürdəmirdə “İslam həmrəyliyi – bəşəriyyəti sülhə aparan yol” mövzusunda tədbir keçirilib

image

Kürdəmirdə rayon icra hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə avqustun 4-də “İslam həmrəyliyi – bəşəriyyəti sülhə aparan yol” mövzusunda tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasının akt zalında təşkil edilən tədbirdə rayon icra hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon polis idarəsinin əməkdaşı Vüsal Hüseynov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov çıxış edərək, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində milli-mənəvi dəyərlərə münasibətdən, onun qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyindən bəhs ediblər.Bildirilib ki, milli dəyərlərimizə dərindən bələd olan görkəmli dövlət xadimi Heydər Əliyev xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğini tövsiyə edib. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti dövlətimizin başçısı layiqincə davam etdirir. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addımdır. “İslam Həmrəyliyi İli” İslam dünyası üçün bir çağırış olmaqla, İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması baxımından çox dəyərlidir və həm də İslamı gözdən salmağa çalışanlara, İslami dəyərlərə kölgə salmaq istəyənlərə qarşı tutarlı bir zərbədir.Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıb.
AZƏRTAC

Digər xəbərlər