Sosial

  • 5 970

Azərbaycan alimlərinin monoqrafiyası nəşr olunub

image

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və həmin institutun laboratoriya rəhbəri, kimya elmləri doktoru Elza Salahovun “Nazik renium xalkogenid örtüklərinin fiziki-kimyəvi xüsusiyyətləri" adlı monoqrafiyası Almaniyada ingilis dilində nəşr olunub.Nəşrdə yarımkeçirici xassəyə malik renium xalkogenid ərintilərinin nazik təbəqələrinin bəzi fiziki-kimyəvi xassələri: mikrobərkliyi, daxili gərginliyi, mikroquruluşu, elektrokeçiriciliyi, volt amper xarakteristikasi haqqında geniş məlumat verilib.Monoqrafiya tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.

sia.az

Digər xəbərlər