Sosial

  • 5 523

ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirildi

image

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib.Binəqədi RİH-dən SİA-ya verilən məlumata görə, keçirilən görüşdə Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, “İctimai-humanitar” sektorunun müdir əvəzi Səma Əlizadə və ASAN könüllüləri iştirak ediblər.İlk öncə ASAN könüllüləri Biləcəribələdiyyəsinin fəaliyyəti ilə tanış oldular və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verildi.Daha sonra ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verib.Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış “İctimai-humanitar” sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin “İctimai-humanitar” sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.Sonra Biləcəri Bələdiyyəsinin “İctimai-humanitar” sektorunun müdir əvəzi Səma Əlizadə 2016-cı ilin avqust ayından Biləcəri bələdiyyəsində yaradılan “İctimai-humanitar” sektorun həyata keçirdiyi layihələrin təqdimatını edib.Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırılıb.Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam edib.Sonda xatirə fotosu çəkdirilib.

sia.az

Digər xəbərlər