Sosial

  • 5 477

Jan-Batist Lömuan: Fransanın aparıcı şirkətləri Azərbaycan ilə əməkdaşlıqda çox maraqlıdır

image

Fransanın aparıcı şirkətləri Azərbaycan ilə əməkdaşlıqda çox maraqlıdır.

Bunu ölkəmizdə səfərdə olan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan jurnalistlərə müsahibəsində bildirib.
Jan-Batist Lömuan deyib: “Azərbaycana səfərim dünən başlayıb və bu müddətdə Fransa-Azərbaycan əlaqələrinin intensiv şəkildə inkişaf etdiyinin şahid oldum. Biz dünən Fransız-Azərbaycan Universitetinin açılışında iştirak etdik. Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Hava Məkanının Optimizasiyası Mərkəzinin Fransanın "Thales" şirkəti tərəfindən inşa olunması həqiqətən də əlaqələrimizin həm texniki cəhətdən, həm də elmi, iqtisadi cəhətdən zəngin olduğunu göstərir. Bu əlaqələrdə “Thales” şirkətinin rolunu vurğulamaq istərdim”.
Qonaq qeyd edib ki, Azərbaycan hökuməti ölkənin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirir. Fransanın aparıcı şirkətləri də Azərbaycan ilə əməkdaşlıqda çox maraqlıdır. “Biz istəyirik ki, təklif edəcəyimiz yeni layihələr də əvvəlki layihələr kimi yüksək səviyyəli olsun. Yəni, bu layihələr Azərbaycan hökuməti tərəfindən prioritet istiqamətlər kimi müəyyənləşdirilmiş təhlükəsizlik və nəqliyyat sahələrini əhatə edəcək”, - deyə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan vurğulayıb.

yap.org.az

Digər xəbərlər