Sosial

  • 3 872

Azərbaycanlı alim yeni nəsil vaksin texnologiyası hazırlayıb

image

Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun apardığı tədqiqatların mühüm nəticələrini əks etdirən məqalə nüfuzlu "PLOS ONE" jurnalında çap olunub. SİA-nın xəbərinə görə, məqalə rekombinant zülal sintezi ilə bağlı texnologiyanı əhatə edir. Bu texnologiya ilə sintez edilən antraksa (Qara yara) qarşı vaksin ABŞ-ın aparıcı şirkətləri tərəfindən istehsal olunan preparatlarla müqayisədə daha yüksək stabilliyə malikdir. Məqalədə ilk dəfə olaraq malyariyaya qarşı yeni nəsil vaksin namizədlərin bitkilərdə uğurla sintez edilməsi və istehsal olunan vaksin antigenlərinin yüksək aktivliyə malik olması göstərilib.Azərbaycanlı alimin bu texnologiyası müxtəlif rekombinant zülalların, o cümlədən vaksinlərin, terapevtik zülalların, təbii additivlərin və sənaye enzimlərinin sintezi üçün əhəmiyyət kəsb edir və böyük iqtisadi səmərə verəcəyi gözlənilir.

sia.az

Digər xəbərlər