Sosial

  • 6 518

Danimarka alimləri: Dəniz kələmi ürək ağrılarına dərmandır

image

Danimarka alimlərinin fikrincə, dəniz kələmi damar divarlarını möhkəmləndirdiyi üçün ürək ağrılarından əziyyət çəkənlərin onunla qidalanması faydalıdır. "AiF Zdorovye" qəzeti yazır ki, onlar bu qənaətə apardıqları təcrübədən sonra gəliblər.Tədqiqatçılar təcrübə zamanı ürək-damar xəstəliyindən əziyyət çəkənləri iki qrupa ayırıblar: bir qrup adəti qaydada qidalanıb, o biri qrupun yeməyinə isə dəniz kələmindən əlavələr ediblər. Məlum olub ki, hər gün qida rasionuna dəniz kələmi əlavə edənlərdə ürəyin işi stabilləşib, arterial təzyiq normaya düşüb və onlar özlərini kifayət qədər yaxşı hiss edirlər.Bununla belə bir sıra qastroenteroloji patologiyalar zamanı ondan istifadə etmək olmaz, ona görə də əvvəlcədən həkimlə məsləhətləşmək lazımdır.

sia.az

Digər xəbərlər