İrena Şiauliene: Litva ilə Azərbaycan arasında yaxın münasibətlər mövcuddur

Litva ilə Azərbaycan arasında yaxın münasibətlər çoxdan qurulub. Çox yaxşı işləyən parlament qruplarımız, sıx mədəni əlaqələrimiz buna sübutdur. Litvanın ali məktəblərində Azərbaycandan olan tələbələrin sayı artır. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, energetika sahələrində əlaqələr genişləndirilir, nəqliyyat layihələri reallaşdırılır.

Bu fikirləri Azərbaycanda səfərdə olan Litva Seymi sədrinin müavini İrena Şiauliene deyib.
“Məqsədimiz ölkələrimiz arasında müxtəlif sahələrdə yaranan münasibətləri dərinləşdirməkdir. Artıq 10 ildir ki, GUAM və Baltik Assambleyası kimi parlamentlərarası qurumlar fəaliyyət göstərir. Biz fəal əməkdaşlıq edir, Litvanın Avropa İttifaqına üzvlüyə hazırlığı dövründə əldə etdiyi təcrübəni ölkənizlə bölüşürük. Ümid edirik ki, Litvanın təcrübəsi, ölkələrimiz arasındakı əməkdaşlıq öz müsbət təsirini göstərəcək”, - deyə İrena Şiauliene bildirib.

yap.org.az