Sosial

  • 5 628

Azərbaycan QDİƏTPM-ın komitə iclasında təmsil olunacaq

image

Oktyabrın 25-26-da Rusiyanın Rostov şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər, həmçinin Hüquqi və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, iclaslarda Milli Məclisin deputatı Eldar Quliyev iştirak edəcək.Tədbirlərdə Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə gənc ailələrin sosial müdafiəsi və onlar üçün güzəştlər, QDİƏTPM-in 25 illiyi: regionda parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, təşkilatın 25 illiyi ilə əlaqədar bəyannamənin hazırlanması, qurumun gələcək fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.Eldar Quliyev müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.

sia.az

Digər xəbərlər