Sosial

  • 7 108

"Zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlər yaradılmalıdır"

image

"Bu gün dünyanın ən mühüm problemlərindən biri gender əsaslı zorakılığın qarşısının alınmasıdır. Bu məsələnin həll edilməsi sahəsində bütün ölkələr dövlət səviyyəsində iş aparır, müxtəlif layihələr keçirir. Azərbaycan da bu prosesdən kənarda qalmayıb". SİA-nın xəbərinə görə bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizmlərin yaradılması" mövzusunda konfransda çıxış edərkən deyib. O bildirib ki, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbüsü ilə 2010-cu ildə Məişət Zorakılığının qarşısının alınması haqqında Qanun qəbul edilib: "Cənab Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusi ilə də Məişət Zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Hakimlər, vəkillər üçün spesifik keçirdiyimiz təlimlər öz müsbət nəticəsini verir. Artıq son iki ildə məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və qoşulduğumuz konvensiyalara, o cümlədən, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi"haqqında Konvensiyaya istinad edilir. Dövlət məmurları üçün maarifləndirmə işləri aparılır, yerliöüzünü idarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri üçün ailə, qadın və uşaq məsələləri üzrə kurslar təşkil olunur".Bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyət göstərdiyini deyən komitə sədri söyləyib ki, bu qruplar baş vermiş zorakılıq hallarını araşdırır, qurbanının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Eyni zamanda, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Komitə müvafiq dövlət qurumları ilə birgə "Məişət zorakılığının qarşısınin alnması ilə bağlı" 2016-2018-ci ilər üçün tədbirlər planı çərçivəsində müvafiq işlər görüb. Bu günlərdə Məişət zorakılığı ilə bağlı onlayn məlumat bankının təqdimatı keçirilib. Qeyd edim ki, Banka yığılan məlumatların təhlili problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artıracaq. Qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Biz çalışırıq ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Xüsusilə vurğulamaq lazımdır ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac var".

sia.az

Digər xəbərlər