Sosial

  • 5 849

“Uşaqlar – gələcəyimizin aynasıdır”

image

20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası Uşaq Hüquqları Konvensiyasını qəbul edilmişdir və 20 noyabr tarixi bütün dünyada “Ümumdünya Uşaqlar günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı” keçirilir. SİA-nın xəbərinə görə, bunun çərçivəsində bu gün Azərbaycan İstiqlal Muzeyində “Uşaqlar – gələcəyimizin aynasıdır” adlı tədbir keçirildi.Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Quliyeva Arzu, “Polisə Dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev, 53 saylı orta məktəbin “Hüquq klubu”nun sədri Vəliyev Orxan çıxış etdilər, “Uşaqlar gələcəyimizdir” adlı film nüamyiş olundu, “İdrak” liseyinin və 53 sasylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

sia.az

Digər xəbərlər