Sosial

  • 5 436

Məktəblərdə ağacəkmə aksiyaları keçirilir

image

Paytaxt məktəblərində ağacəkmə aksiyaları keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri ağacəkmə aksiyalarında iştirak edirlər.İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ağacəkmə aksiyalarının təşkil olunmasında əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.Aksiyalar zamanı ümumi təhsil müəssisələrinin həyətyanı sahələrində müxtəlif növ ağaclar əkilir, bitkilərə aqrotexniki qulluq göstərilir.Məktəblərdə ağacəkmə aksiyalarının payız-qış mövsümündə davam etdirilməsi nəzərdə tutulur.

sia.az

Digər xəbərlər