Regionlarda ödənişsiz hüquq məsləhətxanalarının yaradılması zəruridir

“Cəza çəkmə müəsisələrindəki məhkumların məşğulluğunun artırılması üçün həbsxanalarda istehsal sahələrinin yaradılmasına ehtiyac var.”.SİA xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxışı zamanı deyib.O bildirib ki, o zaman həmin məhbusların məşğulluğu təmin edilər həm də məhbus ailəsinə pul qazanıb göndərər və yaxud hər hansısa borcu varsa ödəmiş olar.BMT usaq hüquqlarının da Azərbaycan üçün tövsiyyələri var. Bunlardan biri yetkinlik yaşına çatmayanların zəruri resusrslarla təmin olunmasını məsləhət görür.Ombudsman bir sıra təkliflərlə də çıxış edib."Zorakılıq qurbanı olan qadınlara vəsait ayrılmalıdır. Regionlarda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiyya mərkəzlərinin artırılması lazımdır. Ombdusman sahəsinin təkmiləşdirilməsi üçün vəsait ayrılmasına ehtiyac var. Nəhayət insan hüquqları sahəsində müsbət işlər görülüb. Regionlarda bu dayanıqlığı davam etdirmək üçün ödənişsiz hüquq məsləhətxanalarının yaradılması zəruridir".

sia.az