Sosial

  • 5 536

Heydər Əliyev Fondundan növbəti humanist addım

image

Heydər Əliyev Fondu ilə “Caspian International Hospital” xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Fonddan SİA-ya bildiriblər ki, əməkdaşlıq çərçivəsində “Caspian International Hospital” xəstəxanası ilə talassemiyalı xəstələrin Respublika Talassemiya Mərkəzində cərrahiyyə, reanimasiya və Mərkəzdə mümkün olmayan bir çox müayinə və müalicəsinin təmənnasız olaraq həyata keçirilməsi reallaşacaq.Müqavilənin imzalanması Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrə geniş spektrdə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün həyata keçirilən tədbirlər planının bir hissəsidir.Eyni zamanda, Heydər Əliyev Fondunun müxtəlif şəxsləri müayinə və müalicə üçün xarici ölkələrə göndərməsi zamanı müvafiq klinikalarla əlaqə yaradılmasında, sənədlərin toplanmasında kömək göstəriləcək. Müalicəsi “Caspian International Hospital” xəstəxanasında həyata keçirilən müraciətlərin ödənişsiz və ya xüsusi güzəştlərlə təmin olunması da nəzərdə tutulub.

sia.az

Digər xəbərlər