Sosial

  • 5 052

III Beynəlxalq Penitensiar Forum keçirilib

image

21-23 noyabr 2017-ci il tarixdə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin təşkilatçılığı ilə Ryazan şəhərində “Cinayət, cəza, islah” adlı III Beynəlxalq Penitensiar Forum keçirilib.

Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin direktoru, general-polkovnik Aleksandr Korniyenko, Xidmət direktorunun birinci müavini, general-leytenantı Anatoliy Rudıy, Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidməti Akademiyasının rəisi general-mayor Aleksandr Krımov, eləcə də müxtəlif ölkələrin penitensiar sistemlərin, təhsil müəssisələrinin və ictimai-siyasi təşkilatların 500 nəfərdən çox nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətini Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi ədliyyə polkovniki Mehman Sadıqov təmsil ediblər.
Forumda penitensiar sahədə beynəlxalq əməkdaşlığın və dialoqun genişləndirilməsi, penitensiar sistemlərin, ictimai-siyasi təşkilatların və cinayət-cəza sisteminin inkişaf perspektivləri müzakirə olunub.
Tədbirdə müxtəlif ölkələrin nümayəndələrinin cəza-icra siyasətinin indiki vəziyyəti və təkmilləşdirilməsi, azadlıqdan məhrumetmə növündə cəzaların icrası və məhkumlarla davranış zamanı beynəlxalq standartların tətbiqi, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası və cəzadan azad olunanların sosial adaptasiyasının təminatı, penitensiar sistemdə sosial və psixoloji iş, məhkumların təhsil və tərbiyəsi, ictimaiyyətin cəza-icra sisteminin fəaliyyətinə cəlb edilməsi, cəzaçəkmə müəssisələri üçün personalın hazırlanması, cinayət cəzalarının icrası sahəsində beynəlxalq əməkdaşlıq kimi mövzular üzrə çıxışları dinlənilib.
Tədbirdə nümayiş etdirilmiş ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovun video müraciəti Forum iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Daha sonra Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov “Azərbaycan Respublikasında cəza-icra siyasətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi” mövzusunda çıxış edərək, son illərdə penitensiar sahədə aparılan islahatlar, əldə olunmuş nailiyyətlər, xüsusi ilə cəza-icra qanunvericiliyinin humanistləşdirilməsi, yeni probasiya xidmətinin yaradılması, həbs edilən şəxslərin və məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı həyata keçirilən işləri Forum iştirakçılarının diqqətinə çatdırılıb.
Forum çərçivəsində həmçinin penitensiar sistemin müxtəlif istiqamətəri üzrə - cəza-icra sisteminin vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığı, müasir dövrdə penitensiar cinayətlərin tədqiqi və operativ əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, penitensiar müəssisələrin informasiya texnologiyaları ilə təminatı, tibb xidmətinin, peşəkar kadr təminatının təkmilləşdirilməsi mövzularında dəyirmi masa keçirilib.
Səfər çərçivəsində Akademiyada təhsil alan azərbaycanlı müdavimlərlə görüş keçirilmiş, onların təhsil və məişət şəraiti ilə yaxından maraqlanılıb. Penitensiar xidmətin rəhbərliyinin tələbləri gənc müdavimlərin diqqətinə çatdırılıb və onlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya layiq olmaları tövsiyə edilib.

sia.az

Digər xəbərlər