Sosial

  • 4 584

Erməni saxtakarlığını ifşa edən kitab ABŞ kitabxanalarına göndərilib

image

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərovun “Qarabağın paleolit düşərgələri” kitabı ABŞ Konqresinin və Harvard Universitetinin kitabxanalarına göndərilib.AMEA-dan SİA-ya verilən xəbərə görə, kitab 2016-cı ilin aprel ayında müqəddəs Qarabağ torpaqlarını azad edərkən şəhid olmuş qəhrəman Azərbaycan əsgərlərinin əziz xatirəsinə həsr olunub. Nəşrin elmi redaktoru professor Abbas Seyidov, rəyçiləri AMEA-nın müxbir üzvü Vəli Əliyev və tarix üzrə fəlsəfə doktoru Ceyhun İsmayılovdur. Kitab Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri olan Qarabağın dünya şöhrətli Azıx, Tağlar və Şuşa qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət nümunələrinin elmi şərhinə həsr edilib. Beynəlxalq İNTAS-2000 proqramı əsasında Əsədulla Cəfərovun Avropa alimləri ilə birgə apardığı elmi tədqiqatlar zamanı əldə olunan nailiyyətlər kitabda yer alıb.Nəşrdə Azıxın tarixini saxtalaşdırmağa çalışan bəzi erməni “tədqiqatçıların” fikirlərinin əsassız olması elmi faktlarla təkzib edilib. Əsərin qısa xülasəsi rus və ingilis dillərində şərh olunub.Kitab arxeoloqlar, etnoqraflar, tarixçilər, paleogeoloqlar, paleontoloqlar, paleoantropoloqlar, tələbələr və digər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

sia.az

Digər xəbərlər