Sosial

  • 5 298

“Mütaliəyə marağın artırılması” mövzusunda tədbir keçirilib

image

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxanasında hərbi qulluqçuların milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin təbliği məqsədilə “Mütaliəyə marağın artırılması” mövzusunda tədbir keçirilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.Sonra çıxış edən Mərkəzi Zabitlər Evinin kitabxana müdiri Zəminə Xınalı bu cür tədbirlərin müntəzəm keçirilməsinin zəruriliyini vurğulayıb. Ümummilli liderimizin ölkəmizdə kitabxana şəbəkəsinin yaradılmasında böyük xidmətlərini qeyd edən Z.Xınalı şair və yazıçılarımızın əsərlərinin müxtəlif xalqların dillərinə tərcümə edilməsinin də ilk təşəbbüskarının ulu öndər Heydər Əliyev olduğunu diqqətə çatdırıb. Kitabların insanın həyatında önəmindən, gənc nəslə mənəvi dəyərlərimizin aşılanmasında rolundan danışan kapitan Ramil Qasımov hazırda Azərbaycanda gənclərin mütaliəyə artan marağını vurğulayıb. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının rəisi polkovnik-leytenant Zöhrab İmamquliyev də vaxtaşırı bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Gənc muğam ifaçılarımız ifaları ilə tədbirə rəng qatıblar.Sonda qonaqlara Mərkəzi Zabitlər Evinin kitabxanası tərəfindən kitablar hədiyyə edilib.

sia.az

Digər xəbərlər