Sosial

  • 5 254

İtaliyada birinci Azərbaycan Mətbəxi Festivalının açılışı olub

image

Romanın “Baglioni Hotel Regina” mehmanxanasında Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya-Azərbaycan Ticarət Palatası və “Baglioni Hotel Regina” mehmanxanasının birgə təşkilatçılığı ilə İtaliyada birinci Azərbaycan Mətbəxi Festivalının təntənəli açılışı keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliya hökumətinin, parlamentinin nümayəndələri, mədəniyyət, incəsənət, kulinariya aləminin tanınmış simaları, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bildirib ki, Romada ilk dəfə keçirilən festivalın təşkilində məqsəd ölkəmizin zəngin mədəniyyətinin tərkib hissəsi və xalqımızın əsrlər boyu formalaşmış tarixi dəyəri olan kulinariya ənənələrimizin italyanlara tanıdılmasıdır.Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edən 2017-ci il ərzində səfirlik tərəfindən Romada bir sıra mədəni tədbirlərin, o cümlədən birinci Azərbaycan Kino Festivalının da keçirildiyini vurğulayan diplomat bu tədbirlərin iki ölkənin xalqları arasında təmasların daha da yaxınlaşmasına xidmət etdiyini deyib.Sonra çıxış edən İtaliyanın mədəniyyət və turizm nazirinin müavini Antimo Çezaro cari ilin may ayında Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Natiq Azərbaycan mədəniyyətinə, incəsənətinə, memarlığına olan heyranlığını ifadə edərək ölkəmizin multikulturalizm ənənələrini təqdir edib. Mətbəxinin zənginliyi və unikallığının da məhz ölkəmizdə mədəniyyətlərin qaynayıb-qarışmasının nəticəsi olduğunu söyləyən Antimo Çezaro Azərbaycanda mədəni irsin qorunması və dünyaya təqdim edilməsi istiqamətində aparılan işləri yüksək qiymətləndirib.İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi isə festivalın keçirilməsinin Azərbaycan mətbəxi ilə yanaşı, ölkəmizin ərzaq məhsullarının və “Made in Azerbaijan” brendinin də İtaliyada təqdim edilməsi üçün yaxşı imkan olduğunu bildirib. O, festivalda bir sıra Azərbaycan şirkətlərinin, o cümlədən “Gilan Qəbələ Konserv Zavodu”, “İsmayıllı Şərab 2 ASC”, “AzNar QSC” və “RaziRice” kimi şirkətlərin məhsullarının nümayiş etdirildiyini diqqətə çatdırıb.Mədəniyyətimizə valeh olduğunu deyən məşhur italyan kulinariya jurnalisti və tənqidçisi Karlo Kambi ölkəmizin kulinariya ənənələri, mətbəximizin tərkib hissəsi olan təamlarımızın xüsusiyyətləri, ölkəmizin kənd təsərrüfatı, eləcə də Azərbaycan şərablarının xarakterik cəhətləri barədə danışıb.Daha sonra iştirakçılara təqdim edilən Azərbaycandan gəlmiş peşəkar aşpazlar Abuzər Şirəliyev və Tural Bayramov milli mətbəximizin atributlarında olan “Şah Plov”u nümayiş etdiriblər.Festivalın rəsmi açılışı mərasimindən sonra iştirakçılar Azərbaycan təamlarının dadına baxmağa dəvət edilib. Milli komponentlərimizlə bəzədilmiş Azərbaycan süfrəsində təqdim edilən 14 cür təamlarımız, habelə milli mətbəximizin özünəməxsus komponentləri olan nar şirəsi, şərbət növləri, zəfəran, sumax, eləcə də yerli istehsalımız olan şərablar və çay tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.Tədbirdə Azərbaycan və italyan musiqiçilərinin birgə ifasında tanınmış bəstəkarlarımızın əsərləri təqdim olunub, eləcə də milli mətbəximizə aid materiallar paylanılıb. İtaliyada birinci Azərbaycan Mətbəxi Festivalı bu gün və sabah “Baglioni Hotel Regina” mehmanxanasının “Brunello” restoranında davam edəcək.

sia.az

Digər xəbərlər