“Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının fəalları tərəfindən 1000 dən artıq ağac əkilib

“Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində Göyçay rayonunda ağacəkmə kampaniyası keçirilib. Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təşkilatçılığı ilə Ağdaş Meşə Mühafizəsi və Bərpası müəssələrinin Göyçay rayonu üzrə MMBM –nin 2 hektar ərazisində 1000 ( min) xurma ağacı əkilib. Kampaniyada rayon təşkilatının fəalları və üzvləri yaxından iştirak ediblər.

yap.org.az