Qobustanda payızlıq taxıl səpini başa çatıb

Qobustan rayonunda gələn ilin məhsulu üçün payızlıq taxıl əkini başa çatıb və 30 min hektarda səpin aparılıb.Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkin sahələri ötən ildəkindən 4251 hektar çoxdur. Sahələrin 19 min 619 hektarı buğda, qalanı isə arpadır. Səpin kampaniyasına 120-dən çox texnika cəlb edilib. Rayonun daha çox taxıl əkilən Xilmilli, Qobustan şəhər, Qurbançı, Ərəbqədim, Cəyirli, Sündü və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb.Hazırda ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılır. Bu məqsədlə xüsusi qərargah yaradılıb.
AZƏRTAC