Sosial

  • 14 815

Naxçıvanda poçt markası və zərf tədavülə buraxılıb

image

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sifarişi ilə “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış 100 min marka və 100 min zərf muxtar respublikaya gətirilib və yanvarın 8-dən tədavülə buraxılıb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkədaxili və beynəlxalq poçt göndərişlərində istifadə olunması nəzərdə tutulan markanın üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipinin təsviri olan poçt zərfinin ölçüləri 220 x 112 millimetrdir.Bundan əlavə, içərisində 12 ədəd marka və 1 ədəd birinci gün zərfi olan və üzərində Haçadağın “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipinin və “Gülüstan” türbəsinin əks olunduğu 100 ədəd hədiyyə bukleti hazırlanıb.Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilən altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin həmin il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıqla bağlı görüləcək işlərin istiqaməti müəyyənləşdirilib, Tədbirlər Planının layihəsi müzakirə olunub.
AZƏRTAC

Digər xəbərlər