Sosial

  • 5 443

"Sosial vəziyyət həmişə Prezidentin diqqətində olub" ŞƏRH

image

“Azərbaycan Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqəti onlar üçün görülən işlər və yaradılan şəraitə sübut olunur. Ötən gün Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına həsr olunan iclasında da dövlət başçısı bildirdi ki, hər il olduğu ki ötən ildə də məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində olub”.

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, qaçqın və məcburi köçkünlərin problemləri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən qarşıda duran əsas məsələlərdən olub və bu proses Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən davam etdirilir: “Bunun nəticəsi idi ki, Prezident İlham Əliyev ilk hakmiyyətə gəldiyi günlərdən çadır şəhərçiklərinin ləğvi, onlar üçün yeni mənzillərin tikilməsi və işlə təminatı məsələlərinə xüsusi diqqət yetirməyə başladı. Bu gün də sözügedən məsələlər yerinə yetirilməkdədir”.2017-ci ildə məcburi köçkünlər üçün iki böyük qəsəbənin salındığını qeyd edən E.Məmmədov söyləyib ki, görülən işlər nəticəsində Cocuq Mərcanlı və Ağdərədən olan qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıtmış oldular: “Ötən il eyni zamanda Bakı və Sumqayıt ətrafı əraziərdə məcburi köçkünlər üçün minlərlə yeni evlər tikildi. Ən ağır vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünlər yeni evlə təmin olundular”.Deputat söyləyib ki, ümumiyyətlə, 2017-ci il qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülüb: “Azərbaycan Prezidentinin ötən gün keçirilən iclas da söylədiyi kimi məcburi köçkün problemi hər zaman dövlətimizin diqqətindədir və torpaqlarımız işğaldan azad olunana və onlar öz yurd-yuvalarına qayıdana qədər bu, belə də davam edəcək. Cənab prezident bir daha bildirdi ki, bu kateqroiyadan olan insanların sosial vəziyyətinin, maddi durumunun yaxşılaşdırılması üçün dövlət bütün tədbirləri görür və görəcək”.“Ölkə başçısının söylədiyi fikirlərin nəticəsidir ki, 2018-ci ilin dövlət büdcəsindən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub. Əgər lazım olsa, bu məbləğin artırılması üçün də lazımi tədbirlər görüləcək. Bütün bunları nəzərə alaraq, demək istəyirəm ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında dövlətimiz hər zaman bu kateqoriyadan insaları diqqətində saxlayır və onların iş və digər təminatlarının yaxşılaşdırıması üçün lazımı addımlar atılır”,- deyə, E.Məmmədov əlavə edib.

sia.az

Digər xəbərlər