Sosial

  • 4 724

“Made in Azerbaijan” loqosunun təqdimatı keçirilib TƏDBİR

image

Yanvarın 12-də Bakı Biznes Mərkəzində İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və “Made in Azərbaijan” loqosunun təqdimatı keçirilib.SİA-nın məlumatına görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.İqtisadiyyat nazirinin müavini Sahil Babayev İxracatçılar Klubunun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək məqsədilə yaradıldığını qeyd edib, qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi, ənənəvi bazarlarda Azərbaycan məhsullarının mövqelərinin daha da gücləndirilməsi, "Made in Azerbaijan" brendinin dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib, bu istiqamətdə dəstək mexanizmlərinin uğurla həyata keçirildiyini bildirib.Bildirilib ki, 2017-ci il ərzində 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib. Bundan başqa, müxtəlif xarici ölkələrdə 251-ə yaxın görüş keçirilib, 11 ölkə ilə əməkdaşlığa dair müqavilələr imzalanıb.Nazir müavini qeyd edib ki, 2017-ci ildə qeyri-neft ixracı 24%, o cümlədən kənd təsərrüfat məhsullarının ixracı 28%, sənaye məhsullarının ixracı 21%, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 7% artıb. Ötən il Azərbaycan 3100 çeşiddə məhsul ixrac edib. 2017-ci ildə 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, 44 sahibkarlıq subyektinə 2,8 mln. manat ixrac təşviqi ödənilib.Bundan başqa, "Buta Airways" təyyarələrində reklam yerləşdirilib, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. "SOCAR Georgia Petroleum" şirkətinin yanacaq doldurma məntəqələri üçün 10 stend hazırlanıb və yanvar ayının sonunadək məntəqələrdə yerləşdiriləcək.Diqqətə çatdırılıb ki, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Milli brendlərimizin yaradılması və inkişafı, daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də “Made in Azerbaijan” loqosunun hazırlanaraq Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyata alınmasıdır.“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Günel Sevdimalıyeva sahibkarlara məxsus brendlərin və patent hüquqlarının xarici ölkələrdə qorunmasının iqtisadi və texniki əhəmiyyəti barədə məlumat verib, “Made in Azərbaijan” loqosunun patentləşdirilməsinin zərurətini diqqətə çatdırıb.AZPROMO-nun rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə bu sahədə reallaşdırılacaq tədbirlərdən danışıb.Loqonu hazırlayan “Leo Burnett” şirkətnin nümayəndəsi Abbas Fətullayev “Made in Azərbaijan” loqosunun təqdimatı ilə çıxış edib. Loqonun strategiyası, başqa ölkələrin bu sahədə təcrübəsi barədə məlumat verilib və qeyd edilib ki, “Made in Azərbaijan” loqosu özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyi, ölkəmizin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

sia.az

Digər xəbərlər