Sosial

  • 4 999

Ağdam rayonunda ağacəkmə aksiyaları davam edir

image

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində Ağdam rayonunda ağacəkmə aksiyaları davam edir.

Yanvarın 13-də rayonun girişindəki Bayraq meydanı ərazisində və Soltanbud meşəsində keçirilən növbəti aksiyada 950 ədəd ting əkilib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Bu ilin may ayınadək davam edəcək aksiyalarda 6500 ədəd ağacın əkilməsi nəzərdə tutulur.

yap.org.az

Digər xəbərlər