Sosial

  • 5 004

Strateji Yol Xəritəsi müzakirə edilib

image

Azərbaycan Respublikası Prezident Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə yaradılmış İşçi qrupunun birgə iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi”nin təfsilatlı tədbirlər planı müzakirə edilib.Müzakirələr zamanı bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Strateji Yol Xəritələrinin icrası, monitorinqi və qiymətləndirilməsi bütövlükdə idarəetmənin səmərəliliyinin, şəffaflığının və hesabatlılığının daha da artmasını təmin edir. Təsadüfi deyil ki, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar öz nəticələrini qısa zamanda vermişdir: 2017-ci il sabitləşdirmə ili olaraq qeyri-neft ixracının artması, makroiqtisadi sabitlik və infrastrukturun daha da yaxşılaşdırılması ilə yadda qalmışdır. Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə metodologiyasının inkişafında BMT İnkişaf Proqramı və Dünya Bankı yaxından iştirak edib.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bütün Strateji yol xəritələri üzrə yaradılmış işçi qrupları ilə təfsilatlı tədbirlər planının müzakirəsi davam etdirilir. Burada məqsəd strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə icraçı qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsindən ibarətdir.Qeyd edək ki, 6 dekabr 2016-cı il dövlət başçısı tərəfindən təsdiq olunan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.2.-ci bəndinə uyğun olaraq strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

sia.az

Digər xəbərlər