Sosial

  • 4 537

ASAN xidmət” Monteneqro mətbuatında

image

Suzana Pribiloviç: Şadam ki, Monteneqroda dövlət xidmətlərinin çatdırılması sahəsində Azərbaycan modelindən istifadə edəcəyik

Monteneqronun nüfuzlu “CdM” informasiya portalında “Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir” adlı məqalədə Azərbaycan brendi “ASAN xidmət”dən bəhs olunub.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Monteneqronun dövlət idarəçiliyi naziri xanım Suzana Pribiloviç “CdM” informasiya portalına verdiyi müsahibəsində qeyd edib ki, Nazirlik elektron hökumət portalının təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək, eləcə də Monteneqroda ən yaxşı dünya təcrübələrinə uyğun olan vahid məkan prinsipinin tətbiq olunması bu fəaliyyətə daxildir.Suzana Pribiloviç Azərbaycanın “ASAN xidmət” təcrübəsinə toxunaraq deyib: “Mən şadam ki, dövlət xidmətlərinin çatdırılması sahəsində biz Azərbaycan modelindən istifadə edəcəyik. Orada olarkən BMT tərəfindən tanınan və mükafata layiq görülmüş model ilə şəxsən tanış olmaq şansım da oldu. Bu sistemin xüsusiyyəti vətəndaşın hər şeydən üstün olduğunu vurğulamasıdır ki, bu da bizim nail olmaq istədiyimiz bir məqamdır”.Xatırladaq ki, 2017-ci il iyulun 4–5-də Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.Səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi “ASAN xidmət” modelinin Monteneqroda tətbiq edilməsi imkanları, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsi olub.Səfər çərçivəsində Monteneqronun dövlət idarəçiliyi naziri xanım Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, səyyar “ASAN xidmət”in fəaliyyəti ilə yaxından tanış olub.2017-ci il dekabrın 4-də isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC

Digər xəbərlər