Sosial

  • 4 197

Şəhidlər Xiyabanında hazırlıq işləri tamamlanıb

image

Hər il olduğu kimi bu il də Gəncə şəhərində 20 Yanvar -Ümumxalq hüzn günü ilə bağlı anım tədbirlərinin keçirilməsinə başlanılacaq. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ən böyük mərasim Gəncə şəhər şəhidlər xiyabanında təşkil olunacaq. Hüzn günü ilə bağlı şəhidlər xiyabanında artıq hazırlıq tədbirlərinə başlanılıb. Hazırlıqlar çərçivəsində əbədi məşəl kompleksi və ətrafında səliqə-sahman işləri görülür.Hüzn günü ilə bağlı Gəncədəki şəhidlər xiyabanını şəhər rəhbərliyi başda olmaqla on minlərlə vətəndaş ziyarət edir. Belə ki, ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə əvvəlcədən hazırlıq işlərinə start verilib.Məlumat üçün bildirək ki, Gəncənin şəhidlər xiyabanında vətənimizin bütövlüyü və suverenliyi uğrunda canlarından keçən 371 şəhid və 49 naməlum əsgər dəfn edilib.

sia.az

Digər xəbərlər