Sosial

  • 5 156

11,5 min ev istifadəyə verilib

image

2017-ci ildə Azərbaycan vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1599,9 min kvadrat metr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6%-ni təşkil edib.Fərdi yaşayış evlərinin 626,7 min kvadrat metri və ya 39,2%-i kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadrat metr olub.Evlərin 59,3%-i Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

sia.az

Digər xəbərlər