Sosial

  • 4 182

"İnvestorların ölkəmizə marağı xeyli artıb"

image

"Son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.Azad iqtisadi zonalarda sahibkarlara geniş imkanların yaradıldığını deyən komitə sədri söyləyib ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək.Komitə sədri vurğulayıb ki, azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər»-deyə, komitə sədri qeyd edib.Z. Səmədzadə əlavə edib ki, ümumiyyətlə son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və s. kimi beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb.

sia.az

Digər xəbərlər