Sosial

  • 4 990

Azərbaycanın və Türkiyənin sahibkar qadınları görüşüblər

image

Azərbaycan Respublikası “Sahibkar Qadınlar” İctimai Birliyi (SQİB) tərəfindən fevralın 15-də Azərbaycanın və Türkiyənin sahibkar qadınlarının görüşü təşkil olunub. Birliyin sədri Zemfira Ağayeva qadınların məşğulluğunun artırılmasında sahibkarlığın rolunu vurğulayıb, qadın sahibkarlığının genişləndirilməsinin əhəmiyyətindən danışıb.Türkiyənin ANGİKAD təşkilatının idarə heyətinin sədri Yeşim Belli rəhbərlik etdiyi qurum barədə məlumat verib. O, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində belə görüşlərin mühüm rolunu qeyd edib.Əməkdar İncəsənət Xadimi, modelyer Fəxriyyə Xələfova Azərbaycanda qadın sahibkarlığının inkişafından danışıb.Sonda SQİB və ANGİKAD təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

sia.az

Digər xəbərlər