Sosial

  • 5 356

İranlı nazir: "Azərbaycan və İran viza rejimini sadələşdirəcək"

image

"Yaxın gələcəkdə İran vətəndaşları aeroportlarda Azərbaycan vizası ala biləcəklər." Trend-in məlumatına görə, bu barədə cümə Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.Çıxışında iranlı nazir regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb. "Bizim regional əməkdaşlığa ehtiyacımız var. İran İslam Respublikası regionda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq qurmağı planlaşdırır. Bu əlaqənin ən vacib sahələrindən biri tranzitdir. Biz Fars körfəzini Hind okeanı və Qara dənizlə birləşdirəcək ən sərfəli marşrut yaratmağa qadirik. Enerji və turizm sahəsində də imkanlar mövcuddur".

sia.az

Digər xəbərlər