Sosial

  • 4 973

YAP Nəsimi rayon təşkilatı Kəlbəcərin işğalı günündə Kəlbəcər şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirmişdir

image

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 2 Aprel Kəlbəcərin işğalı günündə Kəlbəcər şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirmişdir. Nəsimi rayon təşkilatı YAP-ın respublika ərazisində 700 min ağacın əkilməsi və Heydər Əliyev Fondunun vitse prezidenti və İDEA-nın rəhbəri Leyla Əliyevanın Xocalı faciəsində şəhid olmuş uşaqların xatirəsinə həsr edilmiş ağacəkmə kampaniyası təşşəbbüslərinə qoşularaq “Hər Şəhidə Bir Fidan” adlı ağacəkmə kampaniyası keçirmişlər. Keçirilən ağacəkmə aksiyasında Qarabağ müharibəsi zamanı şəhid olmuş 700-dən çox Kəlbəcər şəhidinin sayı qədər ağaç əkilmişdir. Bakı –Sumqayıt dəmiryolu xətti boyunca həyata keçirilən bu kampaniyada YAP-ın Nəsimi rayon təşkilatının 500-dən çox fəal üzvü və gənclər iştirak etmişdir.

yap.org.az

Digər xəbərlər