Sosial

  • 4 156

Babək rayonunda növbəti humanitar tibbi aksiya

image

Babək Rayon Mərkəzi Xəstəxanasında növbəti humanitar tibbi aksiya keçirilib. Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə ediləcək xəstələr xəstəxanaya dəvət olunublar.Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, humanitar tibbi aksiya çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası 57 nəfəri ambulator müayinələrdən keçirərək müvafiq tövsiyələr verib. Müayinələrin aparılmasında cərrah, oftalmoloq, uroloq, endokrinoloq, terapevt, nevropatoloq və LOR həkimləri iştirak ediblər.Nehrəm kənd sakini Hüseynalı Cəfərovun iki övladı ambulator tibbi müayinələrlə əhatə olunub. Valideyn övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.Qeyd edək ki, muxtar respublikada müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadalarının mütəmadi olaraq rayonlarda humanitar tibbi aksiyalar keçirməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.

AZƏRTAC

Digər xəbərlər