Sosial

  • 3 646

Azərbaycan haqqında məlumatlar İordaniya Dövlət Televiziyasında yayımlanacaq

image

Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev aprelin 30-da bu ölkənin Dövlət Radio və Televiziya Müəssisəsinin baş direktoru Feras Nusir ilə görüşüb. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə baş direktor F.Nusir ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini ifadə edib, xalqımızın bu müdrik seçiminin İordaniya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.Səfir R.Rzayev təbriklərə və xoş sözlərə görə minnətdarlığını ifadə edib, Kral II Abdullahın dövlət başçımıza ünvanladığı təbrik məktubunun, habelə seçkilərlə bağlı İordaniya televiziyasının yayımladığı reportajların əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq əlaqələrinin ikitərəfli münasibətlərə müsbət təsirini xüsusi qeyd edən səfir Azərbaycanın İordaniya ilə müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.Baş direktor prezident seçkilərini müşahidə etmək məqsədilə İordaniya Dövlət Televiziyasının Azərbaycanda səfərdə olmuş əməkdaşlarının seçkilərin demokratik, şəffaf və ədalətli şəkildə keçirildiyindən çox razı qaldıqlarını, qədim tarixə və zəngin mədəniyyətə malik olan, mühüm strateji əhəmiyyətli coğrafi mövqedə yerləşən Azərbaycanın siyasi, iqtisadi, sosial, ticarət, investisiya və mədəni sahələrində böyük nailiyyətlər əldə etdiyinin şahidi olduqlarını diqqətə çatdırıb.Görüşdə İordaniya Dövlət Radio və Televiziya Müəssisəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin və hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, habelə İordaniya Dövlət Televiziyası ilə Əmmandakı səfirliyimiz arasında gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.Söhbət zamanı Azərbaycan haqqında mühüm məlumatların, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə verilişlərin, səfirliyimiz tərəfindən keçiriləcək tədbirlərin İordaniya Dövlət Televiziyasında yayımlanması barədə razılıq əldə edilib.F.Nusiri cari ilin oktyabr ayında keçiriləcək növbəti Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunacağı təqdirdə böyük məmnunluqla Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.

sia.az

Digər xəbərlər