Sosial

  • 5 374

Avropa İttifaqı Lənkəran bölgəsinə dəstək verəcək

image

Avropa İttifaqı (Aİ) Azərbaycanda kənd və rayonların rəqabət qabiliyyətini artırmaq üçün Lənkəran bölgəsinə dəstək verəcək. Bu barədə Aİ-nin Şərq Tərəfdaşlığı ofisindən məlumat verilib.Bildirilib ki, Avropa İttifaqı Lənkəran iqtisadi rayonuna dəstəyini artırmaqla Azərbaycan iqtisadiyyatının şaxələnməsinə göstərdiyi köməyini davam etdirmək niyyətindədir.Məlumatda qeyd olunur ki, Aİ ölkənin sosial-iqtisadi baxımdan inkişafını daha da gücləndirmək və Bakı ilə digər şəhər və rayonlar arasındakı fərqi azaltmaq üçün 13 milyon avrodan çox maliyyə yardımı ayırır. Lənkəran rayonu qiymətli bağçılıq təsərrüfatı məhsullarının istehsalında yüksək potensiala malikdir. Avropa İttifaqının həyata keçirəcəyi proqramda rayonun meyvə-tərəvəz sahəsinin rəqabət qabiliyyətinin və əlavə dəyərinin davamlı surətdə gücləndirilməsi diqqət mərkəzindədir.Avropa Komissiyasının Şərq Qonşuluğunun direktoru Laurens Meredit yerli icra orqanlarının nümayəndələri ilə görüşmək, Aİ-nin dəstəyi ilə Cəlilabadda yaradılan peşə təhsili və təlimi məktəbinə baş çəkmək və Lənkəran Dövlət Universitetinin tələbələri ilə görüşmək üçün Lənkərana səfər edib.Səfər zamanı Laurens Meredit bildirib ki, Aİ-nin Azərbaycana dəstəyi bütün ölkədə vətəndaşların həyatına gözəçarpan dərəcədə mənfəət gətirməyə yönəlib. Əsas məqsəd Lənkəran rayonunun rəqabət qabiliyyətini həm ölkə, həm də beynəlxalq səviyyədə artırmaqdır.Avropa İttifaqı standartlarına və qabaqcıl təcrübəsinə uyğun regional planlaşdırma sistemini yaratmaq, yerli iqtisadi və icma əməkdaşlıq mərkəzlərinin müasir şəbəkəsini qurmaq və Lənkəranda meyvə-tərəvəz sahəsində sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılması məqsədilə Aİ Azərbaycan hökuməti ilə çalışmaq niyyətindədir.Bu tədbirlərin meyvə və tərəvəzlərin bazaryönümlü istehsalına töhfə verəcəyi, eləcə də həmin sahədə biznes mühitini yaxşılaşdıracağı və nəticədə Lənkəran rayonunun vətəndaşlarına mənfəət gətirəcəyi gözlənilir. Aİ kənd və rayonların inkişafına dair yeni dəstək paketinin qəbul olunması, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi üçün olduqca vacib bir çox sahələrdə əməkdaşlığı gücləndirmək istəyini bildirir.

sia.az

Digər xəbərlər