"Son 5 ildə tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb". SİA xəbər verir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə Akademiyanın Ümumi yığıncağında deyib.O bildirib ki, beş il əvvəl AMEA-da elm və istehsalat arasında əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri kimi qəbul olunub: "Bu istiqamətdə ən mühüm uğurlardan biri Təcrünə-Sənaye zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılmasıdır".Akif Əlizadə bu parkın yaradılmasını AMEA-nın elmi-texniki siyasətində köklü dəyişikliklər etdiyini vurğulayıb: "Akademiya tarixində ilk dəfə olaraq müxtəlif kiçik tədqiqat biznesinin infrastrukturları yaradılıb. Yeni yağ növlərinin, robotlaşdırılmış yerüstü, hava və sualtı idarə edilən qurğuların və digər yeni texnologiyaların bazara çıxarılması reallaşıb".
sia.az