Sosial

  • 10 730

8 iyun - Dünya Okeanlar Günüdür

image

8 iyun - Dünya Okeanlar Günüdür. SİA xəbər verir ki, bu təqvimin qeyd edilmə tarixi 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin “Ətraf mühit və inkişaf” konfransında elan olunub. Günün qeyd edilməsində əsas məqsəd bütün diqqətləri bəşəriyyətin həyatında vacib rol oynayan nəhəng su hövzələrinin mühafizəsinə yönəltməkdir. Dünya Okeanlar Günü bir çox Avropa, Cənub-Şərqi Asiya, Latın Amerikası, Avstraliya, Afrika ölkələrində, eləcə də Cənubi Asiya və Uzaq Şərqdə bayram kimi qeyd olunur.Hər il bir mövzunu əhatə edən Dünya Okeanlar Gününün builki şüarı “Plastik çirklənmənin qarşısının alınması və sağlam okeanlar naminə qərarların təşviq edilməsi”dir.Qeyd edək ki, hər il okeanlara 8 milyon ton plastik kütlə atılır ki, bu da onun ekosisteminə 8 milyard funt sterlinq ziyan vurur.Yer kürəsinin 70 faizini okeanlar təşkil edir. Planetimizin 361 milyon kvadratkilometr sahəsi dörd okean arasında bölünüb – Sakit, Atlantik, Hind və Şimal Buzlu.Nəfəs aldığımız oksigenin çoxu okeanlar tərəfindən istehsal edilir. Okeanlar vasitəsilə karbon-dioksid emissiyaları absorbsiya olunur, canlılar qidalarının əksər hissəsini buradan alır, iqlimi tənzimlənir. Bundan əlavə okeanlar turizm, balıqçılıq və iqtisadiyyatın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.Təəssüf ki, antropogen təsirlər, brakonyerlik, qeyri-qanuni balıqçılıq, su hövzələrinin çirkləndirilməsi və asidifikasiyası, iqlim dəyişkənliyi dünyanın okean və dənizləri üçün ciddi təhlükələrə səbəb olub.

sia.az

Digər xəbərlər