Sosial

  • 3 701

Bu il əlilliyi olanlara 700 əlil arabası verilib

image

Cari ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 4722 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, onlardan 600 nəfərə qədərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.Yanvar-iyun aylarında həmin müəssisələr tərəfindən əlilliyi olan şəxslər 527 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 637 ədəd yuxarı və aşağı ətraf ortezi, 188 ədəd bel və boyun nahiyəsi üçün korset, 408 cüt protez ayaqqabı, 1971 cüt ortopedik ayaqqabı, 477 ədəd dördayaqlı dayaq vasitəsi, 3409 ədəd müxtəlif reabilitasiya vasitəsi, 434 cüt qoltuqaltı və 552 cüt dirsəkaltı ağac və s. ilə təmin ediliblər. Həmçinin əlilliyi olanlara 700 əlil arabası verilib.Ümumilikdə cari ilin 6 ayı ərzində əlilliyi olan şəxslərin 12825 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində hesabat dövründə 308 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib

sia.az

Digər xəbərlər