Sosial

  • 4 693

Xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktik konfrans keçirilib

image

İyulun 10-da “Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda Bakı Biznes Mərkəzində keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə “Bacarıqlı əllər, sehrli ilmələr” xalça sərgisi ilə tanış olublar. Nazirlikdən SİA-ya verilən məlumata görə, sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlif ölçülü xalçalarla yanaşı, 9 xalça sənəti məktəbi tərəfindən toxunmuş müxtəlif kompozisiyalı, ornamentli və koloritli xalça nümunələrini əks etdirən fotostendlər də nümayiş etdirilib.Konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov xalçaçılıq sahəsinə olan böyük diqqəti, dövlət qayğısını vurğulayıb və son illərdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə may ayının 5-i Azərbaycanda “Xalçaçı günü” peşə bayramı təsis edilib.“Azərxalça” ASC-nin yaradılması ilə bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ölkədə xalçaçılığın inkişafına təkan verib. 2016-cı ildə Horadiz qəsəbəsində, 2017-ci ildə Şəmkir, İsmayıllı və Quba rayonlarında, 2018-ci ildə isə Xaçmaz rayonunda xalça emalatxanaları açılıb. Ümumiyyətlə, ASC-nin 10 yeni xalça emalatxanası tikilərək təhvil verilib. Daha 10 yeni emalatxananın tikintisi həyata keçirilir.Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq fabrikinin 2017-ci ilin dekabrında təməli qoyulub və işlərin 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcəkdir. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekunlaşacaqdır.“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Cəmiyyətin istehsal fəaliyyəti, həmçinin bölgələrdə filial binalarının tikinti-quraşdırma işləri, peşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında “Azərbaycan brendi”nin tanıdılması istiqamətində görülən işlər, xalça çeşnilərinin elektron bazasının formalaşdırılması, zənginləşdirilməsi və s. istiqamətdə aparılan işlər və perspektivlər barədə məruzə ilə çıxış edib.Tədbir iştirakçıları çıxış edərək xalçaçılıq sənətinə və xalçaçılara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.Tədbirdə Azərbaycanda xalçaçılığın inkişafına dair videoçarx nümayiş etdirilib.

sia.az

Digər xəbərlər