Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-iyun aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 2 milyard 372,9 milyon manata çatıb.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 538,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 64,8 faizini təşkil edib.
Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 1 milyard 873,6 milyon manat olub.
Cari ilin yanvar-iyun ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 161,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

yap.org.az